Lavrov Moskvaya gələn Taliban rəsmiləri ilə nəyi müzakirə etdi? - VİDEO

Lavrov Moskvaya gələn Taliban rəsmiləri ilə nəyi müzakirə etdi? - VİDEO

Hazırda oxunan: Lavrov Moskvaya gələn Taliban rəsmiləri ilə nəyi müzakirə etdi? - VİDEO

0:00
0:00
42456

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada radikal Taliban hərəkatının nümayəndələri ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Danışıqların "Moskva formatı" toplantısı çərçivəsində bağlı qapılar arxasında aparıldığı qeyd olunur. Görüşdə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai və Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdullah Abdullah da iştirak edib.

Qeyd edək ki, oktyabrın 20-də Taliban nümayəndələri Əfqanıstanla bağlı məsləhətləşmələrdə iştirak etmək üçün rəsmi səfərlə Moskvaya gəlib.
 

Bundan əvvəl Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Moskvanın Əfqanıstana hərbi yardım təklif etmək fikrində olmadığını bildirib. Onun sözlərinə görə, Taliban müvafiq xahişi ilə Moskvaya müraciət etməyib.


Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov çıxışı zamanı deyib ki, rəsmi Moskva Əfqanıstanın yeni hökuməti ilə qarşılıqlı əlaqəsini müsbət qiymətləndirir. Nazirin sözlərinə görə, qarşılıqlı əlaqə sayəsində Rusiya vətəndaşlarının Əfqanıstanda təhlükəsizliyi ilə bağlı məsələləri effektiv şəkildə həll etmək mümkün olub.

O vurğulayıb ki, Rusiya və digər ölkələrin Kabildəki səfirlikləri işlərini maneəsiz davam etdirirlər.

Xatırladaq ki, Taliban 15 avqustda Əfqanıstan üzərində tam nəzarəti ələ keçirdiyini  elan edib. Hərəkat bütün böyük şəhərləri və sərhəd keçidlərini tutub. Sonra silahlılar ölkədə tam qələbə qazandıqlarını bildiriblər və yeni hökumət qurublar.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO