Növbəti müharibə harda başlayacaq?

Növbəti müharibə harda başlayacaq?

Hazırda oxunan: Növbəti müharibə harda başlayacaq?

4203

Qara dənizdə qara gəmilər üzür...

1-2 dekabr tarixində NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərininin telekonfransı keçirilib. Hələ konfransdan əvvəl verdiyi açıqlamada NATO baş katibi Yens Stoltenberg Ukrayna və Gürcüstanla əməkdaşlığın daha da artırılması istiqamətində mühüm işlərin görüləcəyini qeyd etmişdi. Konfransın əsas gündəm məsələlərindən biri də Gürcüstan və Ukrayna ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. Hər iki ölkə xarici işlər nazirlərinin qatılacağı konfrans Rusiyanın Kırımda hərbi fəaliyyətlərini artırdığı bir dövrə təsadüf edir.

NATO Gürcüstan və Ukrayna ilə əməkdaşlığın genişləndirilməsini, siyasi və praktiki istiqamətlərdə yardımların artırılmasını Rusiyanın Kırımı silahlandırmasına cavab olduğunu qeyd edir. Yens Stoltenberg NATO üçün Qara dəniz bölgəsinin mühüm strateji əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə 3 NATO üzü Rumıniya, Bolqarıstan və Türkiyənin Qara dənizə çıxışı var və bu NATO-nun Qara dənizdəki maraqlarının qorunmasını şərtləndirir.

NATO və Rusiya arasında Qara dənizin münaqişə zonasına çevrilməsi xüsusilə son 10 ildə qarşılıqlı atılan addımların nəticəsidir. SSRİ faktiki olaraq parçalanmış olsa da, Rusiya öz ərazi bütövlüyünün təhlükəsizliyini təmin etmək üçün keçmiş SSRİ sərhədlərini geopolitik təsir sahələri olaraq müəyyən edib.

SSRİ-nin parçalanmasını “geopolitik xəta” adlandıran Vladimir Putin üçün Rusiyanın ərazi bütövlüyü və daxili təhlükəsizliyi üçün əsas vacib şərt keçmiş SSRİ sərhədləri daxilində Rusiya nüfuzunun təmin olunmasıdır. 2000-ci illərdən etibarən NATO ilə Gürcüstan və Ukrayna arasında yaxınlaşma və iki dövlətin NATO-ya üzv olma ehtimalının güclənməsi birbaşa Rusiyanın geopolitik sərhədlərini təhdid edən əsas amil idi.




Rusiyanın NATO-nun genişləmə fəaliyyətinə cavabı isə Gürcüstana 2008-ci il müharibəsi, Ukraynaya isə 2014-cü ildə Kırımın ilhaqı olmuşdu.

Bu baxımdan Qara dənizdəki gərginliyi də lokal yox, daha çox qlobal miqyasda dəyərləndirmək lazımdır. Qara dəniz, Baltik ölkələri, Belarusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Tacikistan, Kuril adaları xətti üzrə yaradılmış münaqişə zonalarından sadəcə biridir.

Bu ərazilər Rusiyaya fərqli regionlarda nufuz sahibi olmağa imkan verəcək dərəcədə xüsusi önəmə malikdir və fərqli bölgələrə çıxış imkanı deməkdir. Bu bölgələrdən Rusiyanın çıxarılması, onun Balkanlar, Yaxın Şərq, Şimali Avropa, Mərkəzi Avropa, Orta Asiya regionlarına çıxış imkanlarının da aradan qalxması deməkdir. Qərbin istədiyi isə məhz budur.

Global nüfuz imkanların məhrum edilmiş və Qərblə hesablaşmağa məcbur olan Rusiya. Sadaladığımız ərazilər eyni zamanda Rusiyanın özü üçün müəyyən etdiyi geopolitik sərhədlərdir.

Rusiya NATO-nun və Qərbin tədricən genişlənməsini öz geopolitik sərhədlərini təhdid etdiyini başa düşür. Rusiyanın qarşısında iki yol var: ya öz geopolitik sərhədləri daxilinə çəkiləcək və tədricən artan Qərb təsiri ilə mübarizəyə əsaslanan müdafiə mövqeyi tutacaq, ya da SSRİ-dən qalma geopolitik sərhədlərinin daha da genişləndirilməsinə nail olacaq.

Rusiyanın son 10 illikdə mənimsədiyi yol daha çox ikincidir. Xüsusilə Yaxın Şərqdə Suriyada öz varlığını təmin etməklə Rusiya Qafqazdakı geopolitik sərhədlərini Suriyaya qədər genişləndirmiş olub. Suriya faktoru Rusiyanın Liviyaya və Afrika bölgəsinə də çıxış imkanını təmin edib.

Şərqi Avropada isə vəziyyət heç də Rusiyanın istədiyi kimi getmir. Artıq Rus geopolitikasının qərb sərhədləri faktiki dövlət sərhədləri ilə eyniləşib. Bu isə tərəflərin artıq dövlət sərhədlərində toqquşacağını deməkdir. Həm NATO-nun, həm də Rusiyanın Şərqi Avropada hərbi fəaliyyətini gücləndirməsi də bundan qaynaqlarınır. Şərqi Avropada Belarusdan başqa uğurunda nüfuz müharibəsi aparılacaq dövlət qalmayıb. Hazırda da əsas münaqişə Belarus üzərində gedir.

Bəs Belarus uğrunda Rusiya - NATO müharibəsi gözlənilirmi?

NATO-nun və ya Qərbin Rusiyanı işğal etmək kimi bir planı yoxdur, bunun mümkünsüzlüyü də başa düşülür. Rusiyanı sıradan çıxarmağın tək yolu, onun əl-qolunu bağlamaq, öz sərhədləri daxilində qapalı vəziyyətə gətirməkdir.





Bu yolla iqtisadi olaraq kövrək olan, amma ciddi hərbi gücə malik Rusiya heç kəsə zərər vermədən stabilləşdirilə bilər. Ona görə də Belarusun taleyinin həll olunması bölgədə daha da şiddətli münaqişəyə gətirib çıxarmayacaq. Çünki NATO və Rusiya arasındakı rəqabət əsasən nufuz mübarizəsinə əsaslanır.

Şərqi Avropada Rusiya və NATO arasında hər hansı fort-postun qalmaması münaqişənin məcburi dondurulmasına gətirəcək. Bu səfər isə digər regionlarda (məsələn Qafqaz və Yaxın Şərq) münaqişələr eyni sürətlə davam edəcək.

Qara dənzidə isə oxşar ssenari gözləmək hələ çox tezdir. Rusiya Qara dənizdə geri addım atacaq vəziyyətdə deyil. Çünki Ukrayna üzərində Rus nüfuzunun tamamilə sıradan çıxması Rusiyanın Balkanlara və Şərqi Avropaya yolunu birdəfəlik bağlayacaq.

Rusiya Ukraynanın və Gürcüstanın böyük hissəsini itirsə də, rəqiblərlə öz sərhədləri arasında fort-post təmin edəcək bölgələri nəzarətində saxlayıb. Bu isə Qara dəniz regionunda hələ uzun müddət qarşılıqlı təhdidlərin davam edəcəyini deməyə əsas verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO