Kipr polisi Azərbaycanlı qatilin ortağını saxladı

Kipr polisi Azərbaycanlı qatilin ortağını saxladı

Hazırda oxunan: Kipr polisi Azərbaycanlı qatilin ortağını saxladı

41442

Kipr polisi azərbaycanlı qatilə kömək etməkdə şübhəli bilinən pakistanlını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kipr mediası yayıb.

Mənbə yazır ki, 27 yaşlı gənc Rusiya vətəndaşı olan azərbaycanlı qatilin yerli ortağı olub.

Qatil milyarder Teddy Sagi də daxil olmaqla israilli iş adamlarının “ovuna” çıxıb.
 

Xatırladaq ki, Rusiya vətəndaşı, 38 yaşlı azərbaycanlı 20 gün əvvəl Rusiyadan Larnakaya (Kipr) uçub. O, iki gecə Famagustada qalıb. Bir neçə rəsmi şəxslə görüşdə qatil Xarici Kəşfiyyat Xidmətinin diqqətini çəkib.


O isə izi itirmək üçün  Kiprin Yunan və Türk bölgələri arasında hərəkət edib.

Azərbaycanlı sentyabrın 27-də “Agios Dometios” keçid məntəqəsini keçdikdən qısa müddət sonra Nikosiyada saxlanılıb.

Polis bir neçə gündür onu izləyirmiş. Axtarış zamanı onun avtomobilində səsboğucusu olan tapança və üç mobil telefon aşkarlanıb. Qatilin Kiprdə yaşayan israilli iş adamlarını hədəf aldığı bildirilir, əvvəlcə hədəfinin 5 nəfər olduğu qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO