Somali yardım üçün Azərbaycana təşəkkür etdi

Somali yardım üçün Azərbaycana təşəkkür etdi

Hazırda oxunan: Somali yardım üçün Azərbaycana təşəkkür etdi

41345

Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somalinin ticarət və sənaye naziri Xalif Abdi Omar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Uqanda və Azərbaycan siyasi məsləhətləşmələr aparacaq - Nazirlər görüşdü


Somali naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən QH sədri qismində pandemiyaya qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib.

Bu xüsusda, ölkəmizin pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edildiyi və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğu qeyd edilib.

Görüşdə qarşı tərəf, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO