Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Hazırda oxunan: Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

41301

Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də videokonfrans formatında MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.

"Rusiya Prezidenti Birliyə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə  Moskvada videokonfrans şəklində görüşəcək”, mesajda deyilir.

Görüşdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətlərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

Qeyd olunur ki, həmin gün Putin "Rusiya Enerji Həftəsi" beynəlxalq forumunun plenar iclasında çıxış edəcək.

Foruma ən böyük beynəlxalq enerji şirkət və təşkilatlarının rəhbərləri və nümayəndələri, dünyanın aparıcı mütəxəssisləri qatılacaq.

Rəsmi proqram çərçivəsində 30-a yaxın işgüzar tədbirin keçiriləcəyi vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO