Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi - Yeni baş nazir bu şəxs oldu

Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi - Yeni baş nazir bu şəxs oldu

Hazırda oxunan: Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi - Yeni baş nazir bu şəxs oldu

41271

Qırğızıstan prezidenti Sadır Japarov hökuməti istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi prezidentin Mətbuat xidmətinə istinadən yayıb.

"Qırğızıstan prezidenti Sadır Japarov “Qırğız Respublikasının Nazirlər Kabinetinin istefası haqqında” fərman imzalayıb", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin üzvləri yeni hökumət qurulana qədər vəzifələrini icra edəcəklər.

Son anda mətbuat xidməti daha bir məlumat yayıb.

"Qırğızıstan Prezidenti Sadır Japarovun imzaladığı fərmanla  Japarov Akılbek Usenbekoviç Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsini müvəqqəti icra edəcək. O, həmçinin Prezident Administrasiyanın rəhbəri təyin edilib”.

Bundan əvvəl ölkə liderinin fərmanı ilə Ulukbek Maripovun rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabinetini istefaya göndərilib. 

Dövlət başçısının sözlərinə görə, o, yeni kabinetin üzvlərini baxılması üçün artıq parlamentə göndərib.

"Akılbek Japarovla razılaşdıq. Bu ilin büdcəsinin 280 milyard som (3.3 milyard dollar), gələn il 400 milyard som (4.7 milyard dollar) ilə tamamlanacağını söylədi. O, bunu edə bilməsə, ölçü götürəcəyəm. Ona görə də hələ onu tənqid etməyəcəyik. Nazirlər Kabinetinin rəhbərinin məsuliyyətini onun üzərinə qoyaq və vaxt verək”, deyə prezident yazıb.

Akılbek Japarov respublikanın baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri vəzifələrində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO