Bayden: ''ABŞ İranla nüvə anlaşmasına qayıda bilər''

Bayden: ''ABŞ İranla nüvə anlaşmasına qayıda bilər''

Hazırda oxunan: Bayden: ''ABŞ İranla nüvə anlaşmasına qayıda bilər''

4066

“Etibarlı bir razılaşma olmadan Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər bölgə ölkələrinin nüvə silahı yaratmağa çalışacağı bir vəziyyətdən ehtiyatlanmaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın yeni Prezidenti Cozef Bayden “The New York Times” qəzetinə müsahibəsində deyib.

Bayden bildirib ki, ABŞ-ın gələcək rəhbərliyi İranın nüvə proqramı üzrə “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) üzvlüyünə qayıtması üzərində işləməyə hazırdır.

O qeyd edib ki, gələcək rəhbərlik müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq edərək danışıqlarda iştirak etmək və İranın nüvə proqramı ilə yanaşı raket proqramı ilə bağlı məhdudiyyətləri gücləndirəcək və genişləndirəcək əlavə razılaşmalar hazırlamağı planlaşdırır:

Bayden Tehranın nüvə inkişafına nəzarət edəcək bir razılaşmanı bölgədə sabitliyin təmin edilməsi üçün ən yaxşı vasitə hesab etdiyini vurğulayıb.

Siyasətçi “Dünyanın bu hissəsindəki nüvə potensialının artırılması istəyə biləcəyimiz son şeydir,- deyə  əlavə edib.

Qeyd edək ki, daha əvvəl Bayden  ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ı “JCPOA” üzvlüyünə qayıtaracağını demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO