Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Kiyevə qayıtması üçün çalışacağını bildirib.
Bizim.Media xəbər verir ki, informasiyanı “strana.ua” saytı yayıb.
Ukrayna lideri bunu Truskavetsdə keçirdiyi brifinqdə "Xalqın xidmətçisi" fraksiyası ilə işçi görüşündən sonra deyib.
MÖVZU İLƏ BAĞLI:
Zelenskidən və Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına REAKSİYA
"Mən daim Ukrayna vətəndaşlarının qayıtması ilə məşğulam, hamımız bunun üzərində çalışacağıq" deyə dövlət başçısı qeyd edib.
O, Saakaşvilinin Gürcüstana getdiyini bilmədiyini və çox təəccübləndiyini də əlavə edib. Və hesab edir ki, Mixo ölkəni tərk edərək Ukrayna rəhbərliyinə xəbərdarlıq etməməklə səhv edib.
Bizim.Media