Ərdoğanla görüşdə Putinin Qarabağla bağlı mövqeyi necə olub? – Kremldən AÇIQLAMA

Ərdoğanla görüşdə Putinin Qarabağla bağlı mövqeyi necə olub? – Kremldən AÇIQLAMA

Hazırda oxunan: Ərdoğanla görüşdə Putinin Qarabağla bağlı mövqeyi necə olub? – Kremldən AÇIQLAMA

0:00
0:00
39501

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Soçi danışıqlarında Putin və Ərdoğan Suriya, Əfqanıstan, Liviya və Qarabağdakı vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

"Regional münaqişələr də sıx gündəmdə idi, Suriya ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, Əfqanıstan, Liviya haqqında danışıldı və təbii ki, Qarabağ nizamlanması da müzakirə edildi" deyə Peskov vurğulayıb.

O, qeyd edib ki, Rusiya tərəfi hesab edir ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun (Zəngəzur dəhlizi nəzərdə tutulur) inkişafı üzrə kompromisli həllər axtarmalıdırlar.
 

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasındakı sərhədin tezliklə delimitasiyası və demarkasiyasını, nəqliyyat infrastrukturunun, ilk növbədə Zəngəzur dəhlizinin inşasının sürətlə bərpasını tələb edir.


Bu yaxınlarda İlham Əliyev bəyan edib ki, Azərbaycan öhdəliklərini tam yerinə yetirib və Ermənistan sərhədinə qədər olan tikintini başa çatdırıb. Lakin Paşinyan hökumətinin dağıdıcı xarakteri razılaşmanın tam həyata keçirilməsinə mane olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO