Türk qoşunları İdlibdən geri çəkildi - Putin istədiyinə nail oldu?

Türk qoşunları İdlibdən geri çəkildi - Putin istədiyinə nail oldu?

Hazırda oxunan: Türk qoşunları İdlibdən geri çəkildi - Putin istədiyinə nail oldu?

0:00
0:00
39426

Türk ordusu Suriyanın İdlib əyalətinin cənub hissəsindən şimala çəkilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “lenta.ru” saytı yayıb.

Nəşr bunu Suriyanın hərbi dairələrindəki mənbələrə istinadən yazıb. 

Hər şey isə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidəki görüşündən sonra başlayıb.

Türk tankları və digər zirehli maşınlar artıq İdlibin bir hissəsini tərk ediblər. Hərbi hissələr M4 avtomobil yolu ilə hərəkət edir. Eyni zamanda, türk ordusu marşrutun üzərində nəzarəti əlində saxlayır.
 

Məlumata görə, Ərdoğanın Rusiyaya səfəri zamanı, Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası iki həftəyə yaxın türklərə yaxın olan silahlıların mövqelərini bombaladıqdan sonra İdlibdə bir günlük sükut yaranıb.


Qeyd edək ki, sentyabrın 29-da Putinlə Ərdoğan arasında danışıqlar aparılıb. Tərəflər əməkdaşlıq məsələlərini, həmçinin Suriya, Liviya və Azərbaycandakı vəziyyəti müzakirə ediblər. Hər iki lider ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığı yüksək qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO