Balkan ölkələrinin İttifaqa qəbulu ilə bağlı razılıq əldə edildi

Balkan ölkələrinin İttifaqa qəbulu ilə bağlı razılıq əldə edildi

Hazırda oxunan: Balkan ölkələrinin İttifaqa qəbulu ilə bağlı razılıq əldə edildi

0:00
0:00
39390

Avropa İttifaqının (Aİ) üzvləri Balkan ölkələrinin İttifaqa qəbul olunacaqlarına dair verdiyi sözə əməl edə bilməyib. 

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 6-da Aİ-Balkan sammitində 18 il əvvəl Qərbi Balkan ölkələrinin Avropaya daxil olma perspektivinin qeyd-şərtsiz dəstəklənməsinin bir daha təsdiqlənməsi planlaşdırılmışdı.

Lakin danışıqlar Danimarka, Fransa və Niderlandın Balkan ölkələrinin Rumıniya və Bolqarıstan kimi İttifaqa sürətlə daxil olmasından ehtiyat etdiklərinə görə dayandırılıb.

Eyni zamanda, Bolqarıstanın özü də dil mübahisəsinə görə Şimali Makedoniyanın Aİ-də üzvlüyünə qarşı çıxır. 

İttifaqın genişlənməsini dəstəkləyən Avstriya, İtaliya, Xorvatiya, Sloveniya və Baltikyanı ölkələr Almaniya və Fransanı Bolqarıstanın vetosunu açmaq istəməməkdə günahlandırırlar. 

Aİ artıq Monteneqro və Serbiya ilə üzvlük danışıqları aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO