5 nəfərin öldüyü dağ turunun təşkilatçısı həbs olundu

5 nəfərin öldüyü dağ turunun təşkilatçısı həbs olundu

Hazırda oxunan: 5 nəfərin öldüyü dağ turunun təşkilatçısı həbs olundu

39247

Rusiyanın Nalçik şəhər məhkəməsi sentyabrın 23-də 5 nəfərin öldüyü Elbrus dağına ekskursiyanın təşkilatçısı Denis Alimovu 1 ay 28 gün müddətinə həbs edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, istintaq məlumata görə, sentyabrın 23-də 19 nəfərdən ibarət qrup Elbrusa dırmaşıb. Eniş zamanı güclü külək və qar çovğunu səbəbindən qrup xilasedicilərdən kömək istəməli olub. 

İlkin məlumatlara görə, ekskursiyanın 5 iştirakçısı donaraq ölüb. 

“Alimov Denis Vasilyeviç barəsində 2021-ci il noyabrın 26-na qədər 1 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilsin”, - deyə məhkəmənin hakimi elan edib. 

Müdafiə tərəfi D.Alimov barəsində ev dustaqlığı həbs qətimkan tədbirinin seçilməsini istəyib. 

Öz növbəsində, görüş zamanı günahını tam etiraf edən D.Alimov, demək olar ki, qrupun hər bir üzvü ilə şəxsən əlaqədə olduğunu və ölənlərin yaxınlarına dəstək olmaq istədiyini bildirib. 

O, həmçinin əlavə edib ki, Elbrus dağı ilə yanaşı, digər dağlara da turlar, xizək gəzintiləri və xizək turları, eləcə də turizm qayıqları ilə gəzintilər təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO