Həkimlər daha bir gənci öldürüb

Həkimlər daha bir gənci öldürüb

Hazırda oxunan: Həkimlər daha bir gənci öldürüb

39245

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.

Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müaciət edib.

Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.

Ailə üzvləri iddia edir ki, Elçin Süleymanov sonuncu əməliyatında çoxlu qanitirmədən, daha doğrusu həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

 

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO