Peyvəndin yaradıcısının vaksin vurdurmadığı ÜZƏ ÇIXDI – Ona niyə icazə verilmir?  

Peyvəndin yaradıcısının vaksin vurdurmadığı ÜZƏ ÇIXDI – Ona niyə icazə verilmir?  

Hazırda oxunan: Peyvəndin yaradıcısının vaksin vurdurmadığı ÜZƏ ÇIXDI – Ona niyə icazə verilmir?  

38865

"BioNTech"in qurucusu Uğur Şahinin koronavirus əleyhinə vaksin vurdurmadığı üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu iddia Türkiyədə bir “Instagram” səhifəsi tərəfindən irəli sürülüb. 

Uğur Şahin bu barədə açıqlama verərək faktı təsdiqləyib. O, qanunlar icazə vermədiyi üçün vaksin vurdurmadığını deyib. 

"Əlbəttə, vaksinasiya olunmağı düşünürük. Amma bizim üçün işçilərin və partnyorlarımızın vaksinasiya olunması daha önəmlidir. Hədəfimiz 2021-ci ildə 1.3 milyarddan çox doza istehsal etməkdir. Bunu 7/24 işləyərək, hansısa problem yaranmazsa çalışmağa davam etsək mümkün olar. İş yoldaşlarımızın və çalışanların koronovirusdan qoruduğumuzdan əmin olmalıyıq. Hazırda qanuni olaraq peyvənd vurdurmağıma icazə verilmir". 

"Bəs nə üçün vaksin olunmağınıza icazə yoxdur?", - sualına Uğur Şahinin cavabı belə olub: 

"Çünki daha əvvəl, birinci sırada olan insanlar var. Hətta, kliniki çalışmalara qatılmağımıza belə icazə verilməyib. Çünki qanuni olaraq şirkətdə çalışan kənar şəxsləri bu proseslərə daxil etmək mümkün deyil". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO