Çeçenistan rəhbəri Ramzan Kadırovun bölgə başçısı seçkilərindəki nəticəsi 99,7% göstərib. Bu, dünya rekordudur. Seçkilərdə seçicilərin 94,42 faizi iştirak edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Interrecord" qeydiyyat agentliyi yayıb.
Mənbə yazır ki, Kadırovun seçkilərdəki rəqibləri Xalid Nakayev və İsa Hacımuradov müvafiq olaraq 0,12% və 0,15% səs toplayıb.
MÖVZU İLƏ BAĞLI:
Ramzan Kadırov prezident seçildi
Xatırladaq ki, Kadırov sentyabrın 25-də Çeçenistandakı seçkilərdə müxalifətin nəticələrini gülüşlə Vladimir Putinə danışmışdı.
"Çeçenistanda Vahid Rusiya 96 %, Kommunist Partiyası 0,75 % və Liberal Demokrat Partiyası ümumiyyətlə bundan aşağı səs toplayıb" deyə bölgə başçısı qeyd edib.
Xatrıladaq ki, Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir.
Bizim.Media