10 dəqiqəyə litr yarım “Cola” içən gənc öldü - TƏFƏRRÜATLAR - FOTO

10 dəqiqəyə litr yarım “Cola” içən gənc öldü - TƏFƏRRÜATLAR - FOTO

Hazırda oxunan: 10 dəqiqəyə litr yarım “Cola” içən gənc öldü - TƏFƏRRÜATLAR - FOTO

38601

10 dəqiqə ərzində bir litr yarım “Cola” içən Çin sakini növbəti gün dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə “elegantsite” yazıb.

Qazlı içkini içdikdən 6 saat sonra 22 yaşlı kişi mədəsində şiddətli ağrı və şişkinlikdən şikayətlə Pekin xəstəxanasına müraciət edib.

Həkimlər ona pnevmatoz- bağırsaq divarında hava kistlərinin əmələ gəlməsi və qaraciyər işemiyası diaqnozu qoyublar.

Bundan əlavə, gəncin ürək döyüntüsü və tənəffüsü zəifləyib, qan təzyiqi isə düşüb. 12 saatdan sonra qan analizləri onun qaraciyərinin ağır zədələndiyini göstərib. Daha sonra vəziyyəti pisləşən şəxs klinikaya getdikdən 18 saat sonra ölüb.

Çinli həkimlər hesab edir ki, pasiyent “Cola”nı sürətlə içdiyi üçün orqanizmə xeyli miqdarda karbon qazı yığılıb.

Bu isə qaraciyərdə oksigen çatışmazlığına və ölümə səbəb olub. Tibb işçiləri, həmçinin, əlavə ediblər ki, qaraciyərin əsas qan damarlarından biri olan portal damara bağırsaqlardan qan sızıb.

Londonlu bio-kimyaçı natan Devis isə hesab edir ki, gənc bədəndə qazların yığılmasına səbəb olan bakterial infeksiyadan dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO