Avstriyada Azərbaycan Evi AÇILDI - FOTO

Avstriyada Azərbaycan Evi AÇILDI - FOTO

Hazırda oxunan: Avstriyada Azərbaycan Evi AÇILDI - FOTO

38221

Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Avstriyada Azərbaycan icmasının vəziyyəti, diaspor fəaliyyətinin təşkili və görülən işlər barədə danışıb, mədəni əlaqələrin inkişafı istiqamətində Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdir edib və Zalsburqda təsis edilən Azərbaycan Evinin ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Odessada Azərbaycan Evi açıldı - FOTO


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdə yaradılmış Azərbaycan Evləri və onların fəaliyyəti haqqında məlumat verib.

Bu gün Zalsburq şəhərində açılan Azərbaycan Evinin sayca 15-ci belə bir mərkəz olduğunu diqqətə çatdıran F. Muradov 2024-ci ilədək onlarının sayının 26-ya çatdırılmasının nəzərdə tutulduğunu bildirib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO