Serbiya və Monteneqro arasında səfirləri “arzuolunmaz şəxs” elan etdi

Serbiya və Monteneqro arasında səfirləri “arzuolunmaz şəxs” elan etdi

Hazırda oxunan: Serbiya və Monteneqro arasında səfirləri “arzuolunmaz şəxs” elan etdi

3793

Serbiyanın Monteneqrodakı səfiri Vladimir Bozoviç persona-non-qrata elan edilib və ondan ölkəni tərk etməsi tələb olunub.

Bizim Media-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Monteneqro Xarici İşlər Nazirliyi elan edib.

Hazırda 31 avqustda keçirilmiş parlament seçkilərinin nəticələrindən sonra Monteneqroda yeni Nazirlər Kabinetinin formalaşması gözlənilir.

Xarici İşlər Nazirliyi o zamana qədər Serbiya və Rusiyaya qarşı sərt çıxışları ilə tanınan nazir Srdjan Darmanoviçin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.

“Monteneqronun daxili işlərinə uzun və ardıcıl müdaxilədən, diplomatik funksiyaların yerinə yetirilməsi üçün adi və qəbul edilmiş standartlara uyğun olmayan davranış və açıqlamalardan , çoxsaylı şifahi və yazılı xəbərdarlıqlardan sonra dünən səfir Bojoviç 1918-ci ildə Podqoritsa şəhərindəki qeyri-leqal və qanunsuz Skupşinanı (Serbiya ilə birliyə səs verən və serblər, xorvatlar və slovenlərin krallığının yaradılmasını elan edən qeyri-qanuni parlament) Monteneqro xalqının “azadlığı” və “azad iradəsi” adlandırıb, bununla da bir daha ona birbaşa diplomatik qonaqpərvərlik göstərən dövləti alçaldıb”, - deyə Monteneqro XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, bundan sonra Serbiya hökuməti də eyni addımı Monteneqro səfirinə qarşı atıb. Serbiya XİN monteneqrolu səfir Tarzan Miloşeviçin ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO