2064 məhkum əfv edildi

2064 məhkum əfv edildi

Hazırda oxunan: 2064 məhkum əfv edildi

37891

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamı ilə dövlət müstəqilliyinin əldə olunmasının 30-cu ildönümü şərəfinə 2064 məhkum əfv edilib.

Bizim.Media yerli KİV-ə istinadla xəbər verir ki, əfv olunanlar arasında arasında 2058 Türkmənistan vətəndaşı və 6 xarici dövlətin vətəndaşı var.

Prezident Qurbanqulu Berdiməhəmmədov bu gün Nazirlər Kabinetinin genişləndirilmiş iclasında müvafiq fərmanı imzalayıb.

Əfv olunanlar "əsas cəzanı daha sonra həbs cəzası çəkməkdən, habelə müəyyən bir ərazidə yaşamaq öhdəliyi tətbiq etmək şəklində əlavə cəzadan" azad ediliblər.

Türkmənistan Prezidenti hüquq-mühafizə orqanlarının rəhbərlərinə əfv olunanların tezliklə həbs yerlərindən azad olunmaları və evlərinə qayıtmaları üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO