Gürcüstanın Qanun və Ədalət Partiyasının lideri, millət vəkili Tako Çarkviani eks-prezident Mixail Saakaşvilinin Gürcüstana sülh yolu ilə qayıtmasına kömək etmək üçün yeni təşkilat yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə deputat özü məlumat verib.
"Bu gün Ümumi Xalq Hərəkatı təşkilatı qurulur. Biz Mişanı sülh yolu ilə ölkəyə qaytarmalıyıq. Gürcü dövlətini inkişaf etdirən, investisiyalarla dağıdılmış Gürcüstanı bir dövlətə çevirən və ayağa qaldıran adam sülh yolu ilə qayıtmalıdır.
Siyasi təqiblər dayandırmalıdır. Onun vətəndaşlığı geri qaytarılmalıdır. Gəlin, ona işləmək imkanı verək.
O, parlaq islahatçıdır, bunu artıq sübut edib ", - Çarkviani vurğulayıb.
Bizim.Media