İspaniyada yaşayan ermənilər Qranada şəhərinin Alqambr muzeyində nümayiş etdirilən qədim qədim Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər.
Bizim.Media xəbər verir ki, muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi ermənilərin narazılığı ilə qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərdən azərbaycanlı politoloqa QARŞI TƏXRİBAT - FOTO
Ermənilər hətta muzeyin rəhbərliyinə də qarşı təzyiqlərdən istifadə etməyə başlayıblar.
Onlar sosial şəbəkələrdə də qədim Azərbaycan xalçalarının guya ermənilərə məxsus olduğunu iddia edirlər.
Qeyd edək ki, Alqambr İspaniyada təkcə sakinlərin deyil, xarici turistlərin də böyük maraq göstərdiyi məşhur muzeylərdən biridir.
Bizim.Media