Bermud üçbucağında itən pilotlar haqqında 76 il sonra - FOTOFAKT

Bermud üçbucağında itən pilotlar haqqında 76 il sonra - FOTOFAKT

Hazırda oxunan: Bermud üçbucağında itən pilotlar haqqında 76 il sonra - FOTOFAKT

35618

Dəniz bioloqu, dalğıc Mayk Barnett və onun komandası İkinci Dünya Müharibəsi dövrünə aid təyyarənin qalıqlarını tapıblar. Ehtimal olunur ki, bu, “Reys 19”-un itmiş təyyarələrindən biridir.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, söhbət ABŞ-ın “Reys 19” adlanan beş hərbi təyyarəsinin Bermud üçbucağından keçərkən radarlardan yoxa çıxması ilə bağlı hadisədən gedir. Alimin açıqlmasını təqdim edirik:

“Əvvəlcə dənizin dibində yalnız bükülmüş metal yığını gördük. Bu, çox şey ola bilərdi – məsələn, batmış gəmidən geriyə qalan tullantılar”.

Barnett qeyd edib ki, dalğıclar qalıqların yaxınlığından bir pər tapıblar. Qəza yerinin sonrakı tədqiqatı metal hissələrin ötən əsrin 40-cı illərinə aid döyüş təyyarəsinə aid olduğunu müəyyən etməyə imkan verib.
 

MÖVZU İLƏ BAĞLI:

Sirli təyyarə qəzasından 6 il ötür - FOTO


“History” kanalında yayımlanan materialda elm adamlarının həqiqətən də “Reys 19”-a aid itkin təyyarələrdən birini tapıb-tapmadıqları dəqiqliklə izah olunmur.

Bununla belə, proqramın müəllifləri vurğulayır ki, yeni təfərrüatlar Bermud Üçbucağında baş verən insidentin sirrinin çözülməsi ilə bağlı ipucu ola bilər.

Qeyd edək ki, 1945-ci ilin dekabrında ABŞ Hərbi-Hava Qüvvələrinə aid 5 “Avenger” tipli bombardmançı təyyarə leytenant Çarlz Teylorun komandanlığı altında təlim uçuşu zamanı Floridadakı hava bazasından havaya qalxıb və bir qədər sonra yoxa çıxıb.

Bir neçə saat sonra “Avenger”lərin köməyinə gedən axtarış-xilasetmə təyyarələri ilə də əlaqə kəsilib.

Ehtimal olunur ki, pilotlar məşhur Bermud üçbucağında yoxa çıxıblar. Aradan 76 il keçməsinə baxmayaraq, 27 nəfərin faciəli ölümünün təfərrüatları hələ də məlum deyil.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO