İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqladı

İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqladı

Hazırda oxunan: İŞİD tərəfdarı marketdə 6 nəfəri bıçaqladı

35449

Yeni Zelandiyanın Oklend şəhərində bıçaqla silahlı kişi marketdəki insanlara hücum edib.

Bizim.Media xəbər verir ki, nəticədə 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın İŞİD xəbərdarlığı - Azərbaycan üçün yeni TƏHLÜKƏ


Hadisəni törədən şəxs polis tərəfindən vurularaq öldürülüb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib.

Baş nazirin sözlərinə görə, marketdə insanlara bıçaqla hücum edən şəxs tək olub və o, İŞİD terror təşkilatının ideologiyasına tərəfdar olub.

Cinayətkarın əslən Şri-Lankadan olduğu, 2011-ci ildə Yeni Zelandiyaya gəldiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO