Əfqanıstanın yeni hökumətində qadın nazirlər olmayacaq

Əfqanıstanın yeni hökumətində qadın nazirlər olmayacaq

Hazırda oxunan: Əfqanıstanın yeni hökumətində qadın nazirlər olmayacaq

35230

Əfqanıstanda yeni hökumətin tərkibinə qadınlar daxil edilməyəcək.

Bizim.Media xəbər verir ki, bunu “La Repubblica” qəzetinə müsahibəsində “Taliban” hərəkatının nümayəndəsi Zəbihulla Mücahid bildirib.

Bununla yanaşı, o, qeyd edib ki, “qadınlar nazirliklərdə, polisdə, yaxud, məsələn, məhkəmə sistemində köməkçi qismində işləyə bilərlər”. 

Onun sözlərinə görə, taliblər “milli birlik hökumətini mümkün qədər tez formalaşdıracaqlar”.
Al Jazeera telekanalının informasiyasına əsasən, Əfqanıstanın yeni hökumətində ölkənin əvvəlki administrasiyasının təmsilçiləri yer almayacaq. 

Nazirlər Kabinetinin tərkibi barədə qərarın sentyabrın 3-də elan olunacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO