Türkiyənin Şırnak vilayətində ötən gecə etirazçılarla polis arasında iğtişaşlar baş verib. Vilayətin Cizrə rayonunda üzləri maskalı bir qrup şəxs PKK lideri Abdullah Öcalanın Suriyadan çıxarılmasının 15-ci ildönümü münasibətilə icazəsiz aksiya keçirməyə cəhd edib.
Polis dağılmaq istəməyən qrupa qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Ara küçələrə çıxan nümayişçilər yollarda barrikadalar quraraq, nəqliyyatın hərəkətinə mane olublar. Nümayişçilər əraziyə cəlb edilən zirehli texnikaya və toplu-müdaxilə maşınlarına səs bombası, fişəng və molotov kokteylləri atıblar. Bu zaman polis havaya atəş açaraq, nümayişçiləri dağıtmaq istəyib.
Şırnakın Cizrə rayonunda gərginlik səhər saatlarına kimi davam edib.
Moderator.az

- A-
- A
- A+
Dünya
11:33 / 09.10.2013
PKK tərəfdarları ilə polis arasında gərginlik
Hazırda oxunan: PKK tərəfdarları ilə polis arasında gərginlik
Hazırda oxunan: PKK tərəfdarları ilə polis arasında gərginlik
35012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































