Tokio 2020 Paralimpiya oyunlarında kuryoz hadisə baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, ukraynalı idmançı İqor Çvetov (100 metrlik yarışda Tokioda gümüş medal qazanıb) mükafatlandırma mərasimində rus idmançılarla şəkil çəkdirməkdən imtina edib.
O, bunu Facebook səhifəsində belə izah edib:
"Kimsə bunu rəqiblərə qarşı hörmətsizlik kimi görür. Və kimsə Ukraynaya hörmət kimi görür. Hər kəs özü düşünsün. Ukrayna ürəyimdədir”.
O, təbriklə görə hamıya təşəkkür edib və qızıl almadığı üçün üzr istəyib.
Bizim.Media