Qızlarını “Taliban” a satan ana edam TƏHLÜKƏSİ ilə üz-üzə qaldı

Qızlarını “Taliban” a satan ana edam TƏHLÜKƏSİ ilə üz-üzə qaldı

Hazırda oxunan: Qızlarını “Taliban” a satan ana edam TƏHLÜKƏSİ ilə üz-üzə qaldı

34688

Qadınlara təhlükəsiz həyat söz verdiklərinə baxmayaraq, "Taliban" bir qadını qiyabi olaraq ölüm hökmünə məhkum edib. Əfqan qadına bu cəza onu bıçaqlamaq istəyən, qızlarını taliblərə köləliyə satan keçmiş ərindən Hindistana qaçdığına görə verilib.

Bizim.Media xəbər verir ki, hazırda Yeni Dehlidə yaşayan qadın mətbuata özünü Həyat kimi təqdim edib. Hindistanın "IANS" nəşrinin yazdığı kimi, hazırda Həyat idman məşqçisi işləyir və özü ilə qalan iki uşağını böyüdür.

"Taliban" üzvü olan əri bu iki uşağı da din yoldaşlarına satıb, lakin Həyat qızlarını xaricə qaçıra bilib.
 

MÖVZU İLƏ BAĞLI:

Taliban məşhur müğənnini QƏTLƏ YETİRİB


Həyat jurnalistlərə bildirib ki, toylarından bir müddət sonra ərinin hazırda ölkəsində hakimiyyəti ələ keçirən "Taliban" hərəkatının fəallarından biri olduğunu bilib. Qadın danışıb ki, əri dəfələrlə onun üstünə biçaq çəkib.

Ərinin taliblərə satdığı iki qızının taleyi haqqında Həyat ağlaya-ağlaya danışır. Onların acı taleyi haqda heç nə bilmir.

O deyib ki, Hindistana digər iki qızını xilas etmək üçün qaçmaq məcburiyyətində olub. Axı keçmiş əri bu iki uşağı da taliblərə satıb.

Həyat Əfqanıstana heç vaxt qayıda bilməyəcəyinə əmindir, çünki yaxşı bilir ki, taliblər onun ərinə pul ödədikdən sonra, bu uşaqları da onlara məxsus olduğunu düşünürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO