Silvio Berluskoni xəstəxanadan evə buraxıldı

Silvio Berluskoni xəstəxanadan evə buraxıldı

Hazırda oxunan: Silvio Berluskoni xəstəxanadan evə buraxıldı

34545

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni xəstəxanada qısa müddət qaldıqdan sonra evə buraxılıb.

Bizim.Media xəbər verir ki, 84 yaşlı S.Berluskoni bir gecə müayinə üçün qaldıqdan sonra Milanın “San Raffaele” xəstəxanasından evə buraxılıb. Onun vəziyyəti ilə bağlı məlumat verilməyib.

S.Berluskoni keçən ilin sentyabr ayında koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Sabiq Baş nazirin mütəmadi xəstəxanaya müraciət etdiyi bildirilir.

Qeyd edək ki, “İrəli, İtaliya” partiyasının lideri sonuncu dəfə may ayında, beş gün “San Raffaele” xəstəxanasında müalicə olunmuşdu.

Dörd dəfə Baş nazir olan S.Berluskoni 2016-cı ildə ağır ürək əməliyyatı keçirib və xərçəngdən sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO