Məşhur qrupun albomu buraxılacaq – VAXT BƏLLİ OLDU

Məşhur qrupun albomu buraxılacaq – VAXT BƏLLİ OLDU

Hazırda oxunan: Məşhur qrupun albomu buraxılacaq – VAXT BƏLLİ OLDU

34536

"The Beatles" qrupunun daha əvvəl yayımlanmayan "Rock Cult" kompozisiyası da daxil olmaqla "Let It Be" albomu yenidən buraxılacaq.

Bizim.Media xəbər verir ki, albomun 2021-ci il oktyabrın 15-də buraxılması nəzərdə tutulur. 

Albomun yeni versiyasında əvvəllər yayımlanan 27 kompozisiya, həmçinin prodüser Glyn Jonsun 14 parçalı "Get Back" miksi olacaq.

Qrup 1963-cü ildə "Please Please Me" sinqlını buraxdıqdan sonra dünyada tanınmağa başlayıb. O vaxtdan bəri dünyada "bitlomaniya" xəstəliyi başlayıb.

Mövcud olduğu dövrlərdə qrup dünya musiqisinin inkişafına böyük təsir göstərib. Qrup üzvləri ayrılıqdan sonra tək-tək bir neçə layihədə iştirak ediblər. Amma ciddi mənada bir araya gəlmələri mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO