Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi – SƏBƏB

Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi – SƏBƏB

Hazırda oxunan: Ronaldo şəxsi təyyarəsi ilə İtaliyadan getdi – SƏBƏB

34495

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo İtaliyanın "Yuventus" klubundan ayrılmağa çox yaxındır.

Bizim.Media xəbər verir ki, junalist Nikola Skira 36 yaşlı hücumçunun şəxsi təyyarəsi ilə Turini tərk etdiyini bildirib.

Onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi gözlənilir. Daha əvvəl "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Ronaldunun komandadan ayrılmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo ötən mövsüm "Yuventus"un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO