Dünyada koronavirusa yoluxanların sayı 215 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 215 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 215 milyonu ötdü

34412

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 714 mindən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 714 min 335 nəfər yeni koronavirusa yoluxub, 10 min 803 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da yoluxanların ümumi sayı 215 milyon 435 min 796, ölənlər isə 4 milyon 487 min 428 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (169 min 953 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1215 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (39,3 milyon), Hindistan (32,6 milyon), Braziliya (20,6 milyon), Rusiya (6,8 milyon), Fransa (6,6 milyon), Böyük Britaniya (6,6 milyon) və Türkiyədə (6,2 milyon) qeydə alınıb.
 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.


Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO