Çində 5,5 bal gücündə zəlzələ oldu

Çində 5,5 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Çində 5,5 bal gücündə zəlzələ oldu

34274

Çinin şimal-qərbindəki Qansu vilayətində 5,5 bal gücündə zəlzələ olub.

Bizim.Media Çin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 7:38-də (Bakı vaxtı ilə 3:38) vilayətin Ağsay Qazax muxtar rayonunda qeydə alınıb.

Zəlzələ ocağı yer səthindən 15 kilometr dərinlikdə olub.

Yerli səlahiyyətlilərin açıqlamasına əsasən, zəlzələnin episentri rayon mərkəzindən 130 kilometr məsafədə, əhalinin seyrək yaşadığı ərazidə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur. Mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO