Kabil hava limanı yaxınlığında atışma: 4 hərbçi həlak oldu

Kabil hava limanı yaxınlığında atışma: 4 hərbçi həlak oldu

Hazırda oxunan: Kabil hava limanı yaxınlığında atışma: 4 hərbçi həlak oldu

34121

Əfqanıstanın paytaxtı Kabildəki Həmid Karzai adına beynəlxalq hava limanı yaxınlığında baş verən atışma zamanı ölkənin dörd hərbi qulluqçusu həlak olub.

Bu barədə Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə gecə saatlarında olub.

Məlumata görə, hadisəyə Əfqanıstanın hərbi qüvvələrinin əsgərlırindən birinin havaya atəş açması səbəb olub. Bundan sonra əcnəbi hərbçilər cavab atəşi açıblar. Atışma nəticəsində dörd hərbi qulluqçu həlak olub, daha üç nəfər yaralanıb.

Məlumata görə, əfqan hərbi qulluqçularından biri aeroport yaxınlığın avtomobildə dostunun meyitini aşkarlayıb, o, bundan sonra havaya nizamsız atəş açıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO