“Google” şarj cihazından imtina etdi

“Google” şarj cihazından imtina etdi

Hazırda oxunan: “Google” şarj cihazından imtina etdi

34109

"Google" şirkəti öz smartfonlarını şarj cihazı olmadan komplektləşdirəcəyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, şirkət bu yaxınlarda təqdim edilən büdcəli "Pixel 5a 5G" modelinin şarj bloku ilə birlikdə dəstləşdirilən son smartfon olacağını bəyan edib. 

Payızda satışa çıxarılması gözlənilən flaqman "Pixel 6" və "Pixel 6 Pro"dan başlayaraq artıq şirkətin buraxacağı smartfonlar paketi şarj cihazsız olacaq. 

Digər smartfon istehsalçıları kimi "Google" da imtinanı əksər istehlakçıların evində şarj adapteri olması ilə əlaqələndirib. 

Şirkət bu addımın ekoloji faydalarını da xatırladıb. 

Mütəxəssislər isə düşünürlər ki, "Google" bu qərarı verərkən ilk növbədə cihazların buraxılışına qənaəti əsas götürüb və bu, yeni reallıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO