25.000 dollara satılacaq ən büdcəli elektromobilinin prototipi HAZIRDIR 

25.000 dollara satılacaq ən büdcəli elektromobilinin prototipi HAZIRDIR 

Hazırda oxunan: 25.000 dollara satılacaq ən büdcəli elektromobilinin prototipi HAZIRDIR 

34108

Tesla şirkətinin 25.000$ qiymətində olacaq ən büdcəli elektromobilinin prototipi şirkətin Şanxaydakı dizayn mərkəzində yaradılıb və hal hazırda testlərdən keçir.  

Bizim.Media xarici mətbuata əsasən xəbər verir ki, Tesla-nın ən büdcəli elektromobili artıq bu ilin sonunda şirkətin Çindəki zavodunda istehsal prosesinə keçid edə bilər.  

Keçən ilin sentyabr ayında Musk bildirmişdi ki, Tesla yaxın 3 il ərzində tamamilə yeni elektromobili bazarda təqdim edəcək və onun qiyməti 25.000$ təşkil edəcək.

Daha sonra Musk öz tweet-lərində bildirmişdi ki, yeni elektromobilin yaradılması tapşırığı şirkətin Şanxaydakı dizayn mərkəzinə ötürülə bilər. 

Yeni elektromobil yeni formatda olan batareyalar əsasında qurulub və həmin batareyaların istehsalatında problemlər yaşanır. Tesla üçün 4680 formatlı yeni batareyaların istehsalı ilə LG Energy Solution, Samsung SDI və Panasonic şirkətləri məşğul olmağa hazırdırlar. 

Lakin onlar tərəfdən yeni formatlı batareyaların irimiqyaslı istehsalına yalnız 2023-cü ildə start verilə bilər.

Batareya çatışmazlığı səbəbilə Tesla artıq Semi yük maşınının və Cybertruck pikapının irimiqyaslı istehsalını 2022-ci ilə təxirə salmağa məcbur olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO