Dünyada koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusla bağlı son STATİSTİKA

Hazırda oxunan: Dünyada koronavirusla bağlı son STATİSTİKA

33809

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 451 mindən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 451 min 510 nəfər yeni koronavirusa yoluxub, 8 min 264 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 212 milyon 555 min 62, ölənlər isə 4 milyon 443 min 904 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı İranda (36 min 419 nəfər), bu xəstəlikdən ölüm faktı isə İndoneziyada qeydə alınıb – 1030 nəfər.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (38,5 milyon), Hindistan (32,4 milyon), Braziliya (20,5 milyon), Rusiya (6,7 milyon), Fransa (6,6 milyon), Böyük Britaniya (6,4 milyon) və Türkiyədə (6,2 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO