Ərdoğan: “Hələlik “Taliban”ın verdiyi təmkinli mesajları təqdir edirik” 

Ərdoğan: “Hələlik “Taliban”ın verdiyi təmkinli mesajları təqdir edirik” 

Hazırda oxunan: Ərdoğan: “Hələlik “Taliban”ın verdiyi təmkinli mesajları təqdir edirik” 

33692

Türkiyə müvafiq şərtlər daxilində gələcəkdə də Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün vəzifəsini davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib. 
 

Ərdoğan Türkiyənin üzərinə götürdüyü bu məsuliyyətin beynəlxalq ictimaiyyət və Əfqanıstan xalqı başda olmaqla, bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb. 


Türkiyə dövlət başçısı hələlik “Taliban” tərəfindən verilən təmkinli mesajları təqdir etdiklərini bildirib.

O, “Taliban”ın keçmiş səhvlərini təkrarlamamasının, bütün etnik qruplara qarşı anlayışla davranmasının və vədlərini yerinə yetirməsinin vacib olduğunu da qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO