Bağdadda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zarif
ABŞ başda olmaqla, Qərbə xəbərdarlıq edib.
Modrator.az-ın Adalet.az-a istinadən
verdiyi məlumata görə, Məhəmməd Cavad Zarif ABŞ-ın Suriyaya hücum edərək Orta
Şərqdə yeni bir müharibəyə yol açacağını söyləyib.
İran xarici işlər naziri deyib ki, gələcəyi görməyənlər və savaş
mahnıları oxuyanlar bölgədə hər kəsi yandıracaq bir alov yandırırlar. O,
kimyəvi silah və hərbi müdaxiləyə qarşı olduqlarını da bildirib.
Dünən isə ABŞ-ın CBS telekanalına müsahibə verən Suriya prezidenti
Bəşər Əsəd Dəməşqin Quta qəsəbəsində kimyəvi silah tətbiq etdiyinə dair bir
sübut olmadığını söyləyib. O, Suriyaya hərbi müdaxilə olarsa, müttəfiqlərinin
buna cavab verəcəyini də bəyan edib.





























































































