Rusiyada 4 yaşlı azərbaycanlı uşaq pəncərədən düşərək öldü

Rusiyada 4 yaşlı azərbaycanlı uşaq pəncərədən düşərək öldü

Hazırda oxunan: Rusiyada 4 yaşlı azərbaycanlı uşaq pəncərədən düşərək öldü

32917

Rusiyanın Leninqrad vilayətinin Kudrovo şəhərinin Oblastnaya küçəsində 16-cı mərtəbədə yerləşən mənzilin pəncərəsindən bir oğlan uşağı yıxılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı yerli mətbuat yayıb.

Mənbə yazır ki, uşağın anası cəsədi şəhərdəki xəstəxanaya gətirib.

"15 avqust saat 14:56-da polisə növbətçi təcili yardım həkimindən telefonla bir mesaj daxil olub ki, ana qucağında pəncərədən düşərək ölən körpəsini doğum evinin təcili yardım otağına gətirib”, deyə açıqlamada deyilir.

Hadisə yerinə gələn əməliyyatçılar müəyyən edib ki, ölən 4 yaşlı oğlanın 33 yaşlı anası Azərbaycan vətəndaşıdır.  Ailə bir neçə ildir ki, Kudrovoda yaşayır.
 

Qadın müstəntiqlərə körpənin təsadüfən mənzilin pəncərəsindən sürüşərək yıxıldığını bildirib.


Uşağın cəsədi ölümün dəqiq səbəblərini müəyyən etmək üçün morqa göndərilib. Araşdırma İstintaq Komitəsi tərəfindən aparılır.

Bir neçə gün əvvəl Vladimir vilayətinin Kovrov şəhərində də oxşar hadisə olmuşdu. Üç yaşlı azərbaycanlı qız yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Rus həkimlər hələ də onun həyatı üçün mübarizə aparırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO