BMT-nin baş katibi Antonio Quterreş “Taliban” hərəkatı üzvlərini və Əfqanıstanda münaqişənin digər tərəflərini maksimum dərəcədə təmkinli olmağa çağırıb.
Bizim.Media xəbər verir, bu barədə TASS agentliyi məlumat verib.
“BMT Baş katibi Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. O, “Taliban” və bütün digər tərəfləri insanların həyatlarını qorumaq və humanitar ehtiyacları təmin etmək üçün maksimum dərəcədə təmkinli olmağa çağırır”, - deyə məlumatda qeyd olunub.
BMT baş katibi, həmçinin Əfqanıstanda bütün insan hüquqları pozuntularına son qoyulmasınna dair çağırış edib.
O, BMT-nin əvvəlki kimi Əfqanıstan xalqına humanitar yardım göstərilməsinə sadiq qaldığını bəyan edib:
“BMT münaqişənin sülh yolu ilə həll edilməsinə, bütün əfqanların, xüsusilə qadın və qızların hüquqlarının təbliğinə və insan həyatlarının qorunması məqsədilə ehtiyac içində olan mülki vətəndaşlara lazımi humanitar yardım göstərilməsinə sadiqdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:14 / 16.08.2021
BMT-nin Baş katibindən ÇAĞIRIŞ
Hazırda oxunan: BMT-nin Baş katibindən ÇAĞIRIŞ
Hazırda oxunan: BMT-nin Baş katibindən ÇAĞIRIŞ
32843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.