Əfqanıstanda yeni hökuməti kimlər təmsil edəcək? - AÇIQLAMA 

Əfqanıstanda yeni hökuməti kimlər təmsil edəcək? - AÇIQLAMA 

Hazırda oxunan: Əfqanıstanda yeni hökuməti kimlər təmsil edəcək? - AÇIQLAMA 

32842

Əfqanıstanın yeni hökumətinin tərkibinə “Taliban” üzvü olmayanlar da daxil ediləcək. 

Bizim.Media xəbər verir ki, bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin nümayəndəsi Süheyl Şahin “CNN” telekanalına bildirib. 

“Əfqanıstan inklüziv islam hökuməti dedikdə digər əfqanların da hökumətin bir hissəsi olacağını nəzərdə tuturuq”, - deyə Şahin qeyd edib. 

Onun sözlərinə görə, əvvəlki hökumətdən hansı məmurların yeni hökumətə daxil ediləcəyi barədə danışmaq hələ tezdir. Şahin bildirib ki, “Taliban” bəzi “tanınmış simaların” da hakimiyyətdə qalmasını istəyir. 

“Taliban”ın siyasi ofisinin nümayəndəsi, həmçinin əlavə edib ki, silahlarını yerə qoyaraq hərəkata qoşulan bütün hərbi qulluqçular və polis əməkdaşları bağışlanacaq və onların təhlükəsizlikləri təmin ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO