Livanın şimal-qərbində maye qaz tankerinin partlaması nəticəsində azı 22 nəfər həlak olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livanın Qızıl Xaç Cəmiyyətinin məlumatında deyilir.
Təşkilatın rəhbəri Corc Kettan tvitterdəki hesabında bildirib ki, Akkarda baş vermiş hadisə zamanı daha 79 nəfər xəsarət alıb. Həmçinin partlayış nəticəsində daha bir neçə nəfər itkin düşüb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da avtobus aşdı - 50-dən çox sərnişin yaralandı
“Partlayışın səbəbi naməlum olaraq qalır, hadisə yerində yaralıları Tripolinin şəhəri xəstəxanalarına çatdıran 24 təcili tibbi yardım briqadası işləyir. Xəsarət alanların əksəriyyətində müxtəlif dərəcəli yanıqlar var”, -deyə, o qeyd edib.
Digər məlumata əsasən, çəndə 60 min litr mazut olub. Hadisə Bakı vaxtı ilə saat 04:30-da baş verib. Şahidlərin sözlərinə görə, xilasedicilər alovu lokallaşdıra biliblər.
Bizim.Media