Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start veriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start veriləcək

32625

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək.

Bizim.Media xəbər verir ki, cari çempionatda da 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq.

Sayca yubiley - 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. Bu, komandaların ölkə çempionatında 11-ci dueli olacaq. Əvvəlki qarşılaşmalardə hərəyə 4 qələbə qazanan tərəflər 3 görüşdə sülhə razılaşıblar. Topların nisbəti də bərabərdir - 12-12. “Səbail” son 2 oyunda qol buraxmayıb. “Sabah” isə evdəki son 5 matçda uduzmayıb.

Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Klublar arasında əvvəlki 51 görüşün 16-da meydan sahibləri, 9-da qonaqlar qalib gəliblər. 10 oyunda isə heç-heçə qeydə alınıb.

Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir - 51:35. “Keşlə” son 3 matçda qalib gəlməyib. “Sumqayıt” isə ardıcıl 7 səfər oyununda qol vurub.

Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO