Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışdı

Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışdı

Hazırda oxunan: Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışdı

32286

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Prezidenti Əşrəf Qəni və İran Prezidenti Seyid İbrahim Rəisi ilə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Türkiyədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.

İran Prezidenti ilə telefon söhbətində isə R.T.Ərdoğan Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO