Son gündə dünyada koronavirusa yoluxanların sayı 700 mini keçdi

Son gündə dünyada koronavirusa yoluxanların sayı 700 mini keçdi

Hazırda oxunan: Son gündə dünyada koronavirusa yoluxanların sayı 700 mini keçdi

32280

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 700 mindən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 700 min 607 nəfər yeni koronavirusa yoluxub, 10 min 228 nəfər isə dünyasını dəyişib.

Bununla da yoluxanların ümumi sayı 205 milyon 458 min 743, ölənlər isə 4 milyon 336 min 669 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (37 milyon), Hindistan (32 milyon), Braziliya (20,2 milyon), Rusiya (6,5 milyon), Fransa (6,3 milyon), Böyük Britaniya (6,1 milyon) və Türkiyədə (5,9 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO