Türkiyənin Qaradəniz bölgəsində leysan yağışları bir sıra fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, güclü yağışlar səbəbindən bölgədə bir çox evi və iş yerlərini su basıb, torpaq sürüşmələri meydana gəlib.
Yollarda yaranan irimiqyaslı gölməçələr maşınların və piyadaların hərəkətində çətinliklər yaradıb.
Ölkənin Rize vilayətində torpaq sürüşməsi nəticəsində bir məktəbin hasarı çöküb. Bir neçə ev dağılma təhlükəsi ilə üzləşib. Bəzi kəndlərdən əhali təxliyə edilib. Vətəndaşlar məscidlərdə gecələməli olublar.
Yaranan vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən lazımi işlər başladılıb.
Bizim.Media
![Türkiyədə leysan yağışları: İnsanlar məscidlərdə gecələdi Türkiyədə leysan yağışları: İnsanlar məscidlərdə gecələdi](https://bizim.media/file/articles/2021/08/10/1628602273_0de-4-kcur-kcur.jpg)
- A-
- A
- A+
Dünya
17:29 / 10.08.2021
Türkiyədə leysan yağışları: İnsanlar məscidlərdə gecələdi
Hazırda oxunan: Türkiyədə leysan yağışları: İnsanlar məscidlərdə gecələdi
Hazırda oxunan: Türkiyədə leysan yağışları: İnsanlar məscidlərdə gecələdi
32075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.