Akopyan: «Müharibədə məlumatlarımızın tamamı yalan idi»

Akopyan: «Müharibədə məlumatlarımızın tamamı yalan idi»

Hazırda oxunan: Akopyan: «Müharibədə məlumatlarımızın tamamı yalan idi»

3059

Silahlı qüvvələrin informasiya mərkəzinin qarşısına qoyulan vəzifələrdən biri düşməni yanıltmaq idi.

Yəni yalan məlumatların yayılması.

Ancaq belə bir prinsip var: yalan məlumatlar 30%, qalanları doğru olmalıdır. Bizim yalan məlumatlarımız isə 100% idi.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirliyinin Hərbi nəzarət xidmətinin sabiq rəisi, general-leytenant Movses Akopyan deyib.

O bildirib ki, məhz buna görə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli sazişin imzalanmasını çoxları başa düşə bilmədi və hələ də başa düşmürlər.

Erməni generalın sözlərinə görə, 44 günlük müharibə zamanı ölkəni dərin böhrana qərq edən yalanlar yayıldı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO