Poçtalyon göyərçinlər hələ də məktub daşıyır - VİDEO

Poçtalyon göyərçinlər hələ də məktub daşıyır - VİDEO

Hazırda oxunan: Poçtalyon göyərçinlər hələ də məktub daşıyır - VİDEO

3055

Belçikada auksionda “New Kim” adlı poçt göyərçini 1,6 milyon avroya çinli bir alıcıya satılıb.

Bu, indiyə qədər Avropada ən yüksək qiymətə satılan göyərçin olub.

Göyərçinlər qədim dövlərdən başlayaraq insanlar tərəfindən əhilləşdirilməyə başlanıb.

Tarix göstərir ki, 11-ci və 12-ci əsirlərdə, göyərçinlərin hələ paçtalyon dövründə, onların qiyməti cins atlar qədər bahalı olub. 

İnsanlar onlardan poçtalyon kimi istifadə ediblər.

Bəs göyərçinlər məktubları hansı bacarıqları sayəsində daşıyırlar? 

Orentoloq Əbülfəz Tağıyev Bizim.Media-ya bildirir ki, poçtalyon quşlarının kökü çöl göyərçinləridir.

Göyərçilərin unikal xüsusiyyəti səmti tuta bilməsidir.

“Quşlar yerin elektron maqnit dalğasına, gecə göy cisimlərinə, gündüz vaxtı uçursa günəşin  yerləşməsinə görə səmti müəyyən edirlər”.

“Quşlarda görmə və eşitmə orqanları çox yaxşı inkişaf edib. Ona görə də onların lələkləri al-əlvan olur''.

''İnkişaf etmiş orqanları sayəsində səmt tapmaq qabiliyyətinə malikdirlər''.

''Göyərçin hələ balaca olanda 300-400 metr uzağa aparanda gəlib öz yuvasın tapa bilirlər''.

''Poçtalyon göyərçinlərinin 2 yaşı olanda əhilşədirmək effekli olur''.

''Göyərçinlərdən ən çox italyanlar, misirlilər və romalılar poçtalyon kimi istifadə ediblər''.

''Sonra digər ölkələrdə yayılmağa başlayıb. Poçt göyərçini adətən aprel ayından oktyabr ayına kimi əhilləşdirirlər''.

''Çünki bu aylarda səma təmzi olur”.

Hazırda poçtalayon göyərçinlərini idman növündə istifadə edirlər.

“Məsələn, eləsi var 2 gün, eləsi də var, uzun müddət uçuş edə bilir. Hər kəs öz göyərçinin qabliyyətinə görə onu əhilləşdirir”.

Göyərçinlərlə bağlı çox tarixi hadisələr var. 

Hələ 1150-ci ildə Bağdadda məktub yollamaq üçün göyərçinlərdən istifadə edilib. 

Pol Röyter xəbərləri və birja qiymətlərini əhaliyə yaymaq üçün göyərçindən istifadə edib.

O 1850-ci ildə Belçikanın Brüssel şəhəri ilə Almaniyanın Aaxen şəhəri arasında 45 göyərçindən istifadə edib.

Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər.

Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mildir, yəni təxminən 2719 km olduğu deyilir.

Gülşanə Mustafayeva, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO