"Ruslar heç də zəif deyillər” – Putinin təqdim etdiyi yeni qırıcı ABŞ-ı şoka saldı

Hazırda oxunan: "Ruslar heç də zəif deyillər” – Putinin təqdim etdiyi yeni qırıcı ABŞ-ı şoka saldı

0:00
0:00
29876

Rusiya yeni “Checkmate” adlı radarlardan yayına bilən döyüş təyyarəsini təqdim edib. ABŞ-da “Fox News” telekanalının oxucuları bununla bağlı həm rus ordusunun inkişafı, həm də imkanları barədə sosial şəbəkələrdə yazıblar: "Ruslar heç də zəif deyillər", "Əla hərbi texnika düzəldirlər”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “inosmi.ru” saytında yer alıb.

Mənbə yazır ki, Kreml 2014-cü ildə Moskvanın Krım yarımadasını ilhaq etməsindən sonra başlayan Qərblə gərginlik fonunda ölkənin hərbi arsenallarını modernləşdirməyi əsas prioritetə çevirib.

20 iyul çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin yeni Rusiya hərbi təyyarəsi olan “Checkmate”ə baxıb.

Reuters xəbər verir ki, beşinci nəsil döyüş təyyarəsinin prototipi 2021 Beynəlxalq Aviasiya və Kosmik Salonunda təqdim edilib. Salon 20 iyul çərşənbə axşamı Moskvanın yaxınlığındakı Jukovskidə açılıb.

"Bu gün Jukovskidə gördüklərimiz açıq şəkildə göstərir ki, Rusiya aviasiyası inkişaf üçün böyük potensiala malikdir və təyyarə sənayemiz yeni rəqabət aparan qırıcılar yaradır”, deyə Putin avia şouda çıxışı zamanı deyib. 

Məlumata görə, Checkmate qırıcısı 2023-cü ildə havaya qalxacaq və 2026-cı ildən başlayaraq 15 il ərzində Rusiya bu təyyarələrdən 300 dənə istehsal etməyi planlaşdırır.

AviaPort sənaye agentliyinin analitik xidmətinin rəhbəri Oleq Panteleyevə görə, bu döyüş təyyarəsi Amerikanın F-35 qırıcılarına layiqli bir rəqib ola bilər.

Checkmate adını daşıyan qırıcı tək bir mühərriklə təchiz olunub və “Suxoy” şirkəti tərəfindən istehsal olunan iki mühərrikli Su-57 qırıcısından daha kiçik və daha ucuzdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO