Rusiyada təyyarə qəzası: Ölən və yaralanan var

Rusiyada təyyarə qəzası: Ölən və yaralanan var

Hazırda oxunan: Rusiyada təyyarə qəzası: Ölən və yaralanan var

29706

Rusiyanın Xabarovsk diyarında yüngül təyyarənin qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bundan əvvəl bölgənin Fövqəladə Hallar Nazirliyi TASS-a Kalinka kəndi yaxınlığında təyyarə qəzası barədə məlumat vermişdi. Əməliyyat xilasetmə qrupu hadisə yerinə gedib.

"Qəza nəticəsində bir nəfər öldü, bir nəfər yaralandı. Zərərçəkən 2 saylı regional xəstəxanaya aparılır" deyilib. 

Təyyarənin uçuş zolağından kənarda, Kalinka aerodromundan qalxarkən qəzaya uğradığı dəqiqləşib.

Xabarovsk diyarının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən TASS-a deyiblər ki, 40 yaşlı qadın yaralanıb. Onun hər iki ayağı sınıb, vəziyyəti ağırdır. Qadının daha sonra xəstəxanada öldüyü bildirilir.

Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti bildirib ki, təyyarənin qəzaya uğramasından sonra uçuş təhlükəsizliyi ilə bağlı yoxlamaya start verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO